Hava DƏYİŞƏCƏK:  Güclü yağış və qar yağacaq
04 noyabr 2022 15:37 (UTC +04:00)

Hava DƏYİŞƏCƏK: Güclü yağış və qar yağacaq

“Bakıda və Abşeronda ayın 5-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Bayram günlərində isə havanın temperaturu aşağı düşəcək”.

Bu sözləri Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli  Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. 

Onun sözlərinə görə, həftə sonu dağlıq ərazilərdə qar yağacaq:

“Noyabrın 5-də rayonlarda əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin axşama yaxın yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı güman edilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında 17-21, dağlarda isə 5-10 dərəcə isti olacaq. 

Noyabrın 6-da bəzi yerlərdə hava şəraiti yağmurlu olacaq. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında dumanlı hava və qərb küləyi əsəcək. Temperatur aran rayonlarında gündüz 13-17, dağlarda isə 3-7 dərəcə isti olacaqdır. 

“Bakıda və Abşeron rayonunda isə ayın 5-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcəkdir. Havanın temperaturu gündüz 15-17 dərəcə isti olacaq. 

Noyabrın 6-da isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur da 11-13 dərəcə isti olacaq". 

Baş hidroloq bayram günlərində paytaxtda havanın temperaturunun aşağı düşəcəyini açıqlayıb:

"Aylıq hava proqnozunda qeyd etdiyimiz kimi, noyabrın ilk 10 günlüyünün ikinci yarısında hava şəraitinin bir qədər qeyri-sabit keçəcəyi, temperaturun aşağı düşəcəyi gözlənilir”. 

# 4122
avatar

Fidan İlqar

Oxşar yazılar

Azərbaycanda doğumun  sayı artdı

Azərbaycanda doğumun sayı artdı

31 yanvar 2023 , 20:31
Sabah Bakının bu hissəsində hərəkət məhdudlaşdırılacaq

Sabah Bakının bu hissəsində hərəkət məhdudlaşdırılacaq

31 yanvar 2023 , 16:27
Metro və marşrutlarda gedişhaqqı artırıldı

Metro və marşrutlarda gedişhaqqı artırıldı

31 yanvar 2023 , 16:00
Bu da oldu: Qayınata  28 yaşlı gəlini   ilə evləndi - FOTO

Bu da oldu: Qayınata 28 yaşlı gəlini ilə evləndi - FOTO

31 yanvar 2023 , 13:24
Emin Əmrullayevə yeni müavin təyin olundu

Emin Əmrullayevə yeni müavin təyin olundu

31 yanvar 2023 , 12:44
Sabah  külək əsəcək   - HAVA PROQNOZU

Sabah külək əsəcək - HAVA PROQNOZU

31 yanvar 2023 , 12:25
Azərbaycanda 215 uşaq övladlığa verilib

Azərbaycanda 215 uşaq övladlığa verilib

31 yanvar 2023 , 11:19
XİN-dən İrana gedən azərbaycanlılara XƏBƏRDARLIQ

XİN-dən İrana gedən azərbaycanlılara XƏBƏRDARLIQ

31 yanvar 2023 , 11:05