Hava ayın 10-dək  belə olacaq  - AÇIQLAMA
07 fevral 2025 17:15 (UTC +04:00)

Hava ayın 10-dək belə olacaq - AÇIQLAMA

Qeyri-sabit hava şəraiti fevralın 10-a kimi davam edəcək.

Lent.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovun açıqlamasına görə, Bakıda və Abşeron yarımadasında fevralın 8-i və 9-da hava şəraitinin arabir yağıntılı olacağı, yarımadanın bəzi yerlərində sulu qar yağacağı gözlənilir. 

O qeyd edib ki, ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi fevralın 9-da səhər saatlarından tədricən zəifləyəcək.

“Bölgələrdə də fevralın 8-də yağıntılı hava şəraiti davam edəcək, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Fevralın 9-da səhər saatlarından yağıntıların tədricən kəsiləcəyi, gündüz əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.”

Xidmət rəisi bildirib ki, fevralın 10-da Bakıda və Abşeron yarımadasında eləcə də bölgələrdə hava şəraitinin nisbətən sabitləşəcəyi, gündüz əsasən yağmursuz keçəcəyi, mülayim qərb küləyi əsəcəyi gözlənilir. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 2-5, aran rayonlarında 5-8 dərəcə isti, dağlıq rayonlarda isə 5 dərəcəyədək şaxta olacaq.

“Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar 8-10 fevral tarixlərində dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1656

Oxşar yazılar