Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında bu günə olan mövzu hamilələrin əks-göstəriş sertifikatı alması üçün hara müraciət etmələri ilə bağlıdır.
COVID-19 əleyhinə peyvəndlərə qarşı əks-göstərişləri olan şəxslərin “Əks-göstəriş sertifikatı” da artıq “Elektron səhiyyə” mobil tətbiqinə inteqrasiya edilib.
Səhiyyə Nazirliyindən Lent.az-a verilən məluma görə, elə hamilə qadınlar da sertifikat əldə etmək üçün nazirliyə müraciət edə bilərlər.
Hamilə qadınlar, dağınıq skleroz, süd verən analar, Səhiyyə nazirliyinə müraciət etdikdən sonra qeyd olunmuş hal üzrə müvafiq registrlərdə mövcud olduğu təqdirdə avtomatik olaraq əks-göstəriş sertifikatı mobil tətbiqdə əks olunacaq. Bu hallardan əlavə digər diaqnozlar olduğu təqdirdə vətəndaş əks-göstəriş sertifikatı almaq üçün ərazi üzrə qeydiyyatda olduğu poliklinikasına müraciət edə bilər.
Elektron Səhiyyə mobil tətbiqini Android əməliyyat sistemli cihazlarda Google Play-dən (Play Market), İOS əməliyyat sistemli cihazlarda isə APP Store-dan asanlıqda yükləyə bilərsiniz.
Qeyd edək ki, Elektron Səhiyyə Mobil tətbiqindən qeydiyyat Asan loginə inteqrasiya olunub.