Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ağdaş rayonu, Yuxarı Ləki qəsəbəsində yerləşən, İsayev Rüstəm Əyyub oğluna məxsus “Halal market” ərzaq mağazasında yoxlama keçirib.
Qurumdan Lent.az-a verilən məlumata görə, mağazada sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmadığı, istifadə müddəti bitmiş uşaq qidaları və kərə yağı məhsulu aşkar olunub.
Təmizlik işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.