Gürcüstanın bu məktəblərinə dərsliklər göndərildi - RƏSMİ
07 oktyabr 2021 14:03 (UTC +04:00)

Gürcüstanın bu məktəblərinə dərsliklər göndərildi - RƏSMİ

Oktyabrın 7-də Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 2021-2022-ci tədris ili üçün 21 adda 17 848 nüsxə dərslik və metodik vəsait göndərilib.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, sözügedən dərs vəsaitləri Təhsil Nazirliyinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə bu ölkənin Təhsil və Elm Nazirliyinə təhvil verilib.

Qeyd edək ki, “Ana dili və ədəbiyyat” dərsliklərinin mübadiləsi 20 dekabr 2011-ci il tarixində Tbilisi şəhərində keçirilmiş Azərbaycan-Gürcüstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın VII iclası və 29 sentyabr 2021-ci il tarixində Bakıda keçirilmiş Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında qəbul olunmuş Protokola əsasən həyata keçirilir.

Son 5 ildə Təhsil Nazirliyi tərəfindən 95 710 ədəd dərslik və metodik vəsait Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə göndərilib.

# 1224
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar