Filippini ən güclü tropik qasırğalardan biri olan “Paradise” tayfunu vurub.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, təbii fəlakət nəticəsində yerli sakinlərin evləri dağılıb, ölənlər var.
Elektrik və rabitə xətləri sıradan çıxıb, evlərə ziyan dəyib. Bölgədən yüz minlərlə insan təxliyə edilib. Onlarla reys təxirə salınıb, limanların işi iflic olub.
Milli Fəlakətlərin Azaldılması Agentliyi güclü yağışlar səbəbindən Mindanao, Şərqi Misamis, Qərbi Misamis, Lanao-del -Norte və Zamboanqa-del-Norte əyalətlərində daşqın və sürüşmə təhlükəsi barədə xəbərdarlıq edib.
Qeyd olunur ki, bu, Filippini 2021-ci ildə vuran 15-ci qasırğadır.