Gorus-Qafan yolunda İran maşınlarından rüsum alınıb? - RƏSMİ CAVAB
13 sentyabr 2021 15:09 (UTC +04:00)

Gorus-Qafan yolunda İran maşınlarından rüsum alınıb? - RƏSMİ CAVAB

“Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən Azərbaycan ərazisinə daxil olan və ərazini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir”.

Bu barədə Lent.az-a Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov bildirib. O qeyd edib ki, məcəlləyə əsasən avtonəqliyyat vasitələri yol vergisinə, “Dövlət rüsumu haqqında” qanunun 24-cü maddəsinə əsasən Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir:

“Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur”.

Qeyd edək ki, Azərbaycanın Gorus-Qafan yolunun öz suveren ərazisindən keçən hissəsində İran maşınlarından dövlət rüsumu aldığına dair qəbzi Ermənistan mediası paylaşıb. Qəbzin üzərində “Cənub Ərazi Baş Gömrük İdarəsi” qeydi var.
 

# 3405
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar