Ramiz Göyüşov
11 sentyabr 2021 10:54 (UTC +04:00)

Ramiz Göyüşov

Görüntüləri yayılan GÖYÜŞOV: "Bu linkə girin..." - FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov sosial şəbəkə hesabında paylaşım edib.

Lent.az xəbər verir ki, sabiq sədr paylaşımında bu sözləri yazıb:

“Əziz, dostlar. Bilirəm, bu günlərdə sizə çox əziyyət vermişəm. Mənə göstərdiyiniz dəstəyə görə ayrı-ayrılıqda hər birinizə təşəkkür edir və xahiş edirəm, bu linkə girib xəbəri oxuyasınız. Təşəkkürlərimi bildirirəm”.

Qeyd edək ki, R.Göyüşovun paylaşdığı link Baş Prokurorluğun "Azadinfo.az" saytının təsisçisi Ələkbərov Mahir Məmmədhəsən oğlunun (Xəttab) ondan hədə-qorxu ilə pul tələb edərək cinayət başında yaxalanması ilə bağlı olub.

# 12132
avatar

Oxşar yazılar