Generalın oğlu keçmiş sevgilisini  təhdid edir - İDDİA
26 yanvar 2026 15:09 (UTC +04:00)

Generalın oğlu keçmiş sevgilisini təhdid edir - İDDİA

0

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəis müavini, general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucovun əvvəlki sevgilisinə qarşı hədə-qorxu gəldiyi irəli sürülür.

Lent.az-ın məlumatına görə, Nərmin Xudaverdiyeva bu barədə sosial şəbəkə hesabında paylaşım edərək təhdidə məruz qaldığını bildirib.

N.Xudaverdiyeva qeyd edib ki, Rüstəm Orucov ona evlilik təklifi edib və bir ildən çox münasibətdə olublar:

"Lakin hər münasibətdə problem olduğu kimi, bizdə də bəzi məsələlər oldu, ayrıldıq. Oktyabrdan isə yeni münasibətə başladım. Bunu öyrənən Rüstəm Orucov məni təhdid etməyə başladı. O, bunu həzm etməyərək evimizə gəlib maşınıma ziyan vurur, məni təhqir edib. Haqqımda neqativ fikirlər səsləndirib. Bu günə qədər polisə şikayət etməmişəm.

Dünən isə mənim adımdan feyk profil açaraq özünə ondan ötrü darıxdığımı yazıb və hazırda münasibətim olduğu insana göndərib. Təbii ki, burada məqsəd bizim münasibətimizi bitirmək olub. Artıq canımdan bezmişəm, yaşamaq istəmirəm. Keçmiş məmurun övladı olduğuna güvənib məni əzməyi düşünür".

Bildirilib ki, hadisə ilə əlaqədar Nərmin Xudaverdiyeva hüquq-mühafizə orqanlarına müraciət edib.

Xatırladaq ki, Rüstəm Orucov 2017-ci ildə xuliqanlıq və avtoxuliqanlıq iddiaları ilə saxlanılıb və daha sonra məhkəmənin qərarı ilə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 400

Oxşar yazılar