Bakıda hoteldə qətl hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə yanvarın 25-də Xətai rayonunda yerləşən “Boulevard Hotel”də qeydə alınıb. Orada ofisiant işləyən 30 yaşlı Şəmistan Əliyev camaşırxanada bıçaqlanaraq öldürülüb.
Hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı Seymur Manafov saxlanılıb.
Saxlanılan şəxsin də orada ofisiant işlədiyi, hadisənin mübahisə zəminində baş verdiyi bildirilir.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi açılıb.