Azərbaycan fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Türkiyədədir.
Lent.az-ın məlumatına görə, APA-nın zəlzələ bölgəsinə ezam olunmuş müxbiri Səlcuq Elçin xəbər verir ki, nazir müavini Kahramanmaraşa gələrək, FHN-in şəxsi heyəti ilə görüşüb, tapşırıqlarını çatdırıb.
Daha sonra Etibar Mirzəyev axtarış-xilasetmə işləri aparılan əraziyə gedib.