Fövqəladə Hallar Nazirliyindən əhaliyə MÜRACİƏT
04 sentyabr 2022 17:20 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyindən əhaliyə MÜRACİƏT

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 5-dən başlayaraq 8-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.

Lent.az- Fövqəladə Hallar Nazirliyindən daxil olan məlumatda bildirilir ki, qeyd olunanlarla bağlı nazirlik əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, gözlənilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Eyni zamanda, mövsümlə əlaqədar insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.

Bundan əlavə, yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

# 3114
avatar

Oxşar yazılar

Eşitmə məhdudiyyətli uşaqlar üçün xüsusi tədbir keçirildi®

Eşitmə məhdudiyyətli uşaqlar üçün xüsusi tədbir keçirildi®

5 dekabr 2022 , 13:54
Zirəddin Rzayev

Zirəddin İranla bağlı PROQNOZ VERDİ: "Hakimiyyət dəyişikliyi və ..."

5 dekabr 2022 , 13:25
Sabah  güclü qar yağacaq   - HAVA PROQNOZU

Sabah güclü qar yağacaq - HAVA PROQNOZU

5 dekabr 2022 , 13:10
Bu ərazilərdə 17 dərəcə şaxta olub -  FAKTİKİ HAVA

Bu ərazilərdə 17 dərəcə şaxta olub - FAKTİKİ HAVA

5 dekabr 2022 , 13:05
Yollar  buz BAĞLAYACAQ   - XƏBƏRDARLIQ

Yollar buz BAĞLAYACAQ - XƏBƏRDARLIQ

5 dekabr 2022 , 12:14
Füzuli Musayevin 60 illiyinə həsr olunmuş karate üzrə seminar KEÇİRİLİB - FOTO

Füzuli Musayevin 60 illiyinə həsr olunmuş karate üzrə seminar KEÇİRİLİB - FOTO

5 dekabr 2022 , 11:59
Bakıya qar yağacaq -  PROQNOZ

Bakıya qar yağacaq - PROQNOZ

5 dekabr 2022 , 11:33
Azərbaycanın bu bölgəsində  11 dərəcə şaxta olub

Azərbaycanın bu bölgəsində 11 dərəcə şaxta olub

5 dekabr 2022 , 10:08