"Real Madrid" Lunini İngiltərə klubuna sata bilər
01 iyul 2024 09:29 (UTC +04:00)

"Real Madrid" Lunini İngiltərə klubuna sata bilər

Ukrayna millisinin və "Real Madrid"in qapıçısı Andrey Lunin İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Apasport.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, ukraynalı qolkiperlə Londonun “Arsenal” klubu maraqlanır.

Komandanın baş məşqçisi Mikel Arteta şəxsən Luninin transferində israrlıdır. "Kral" klubu Andrey üçün təxminən 25 milyon avro ödəyəcəkləri təqdirdə onu buraxmağa hazırdır.

Ötən mövsüm qolkiper "Los Blancos"un heyətində bütün yarışlarda 32 oyun keçirib, 12-də qapısını toxunulmaz saxlayıb. Onun "Real Madrid"lə müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1077
avatar

Oxşar yazılar