Müğənni Manaf Ağayev həmkarı və dostu Afət Fərmanqızına ev bağışlayıbmış.
Lent.az-ın xəbəriə görə, bu barədə Afət Fərmanqızı özü qonaq olduğu şou-proqramlardan birində danışıb.
“Bu evi mənə Manaf bağışlayıb. Heç mən bunu qardaş-qardaş arasında görməmişdim. O məndən pul almadan bu evi adıma keçirdi. Bilmirəm o mənəmi bu qədər etibar etdi, yoxsa özü belə ürəkli oğlandır” deyib.
Onun bu sözlərinə Manaf Ağayev “Mən heç bir işi sənətə görə etmirəm. Mənim üçün ən əsası qarşımda duran insanın əsl insan olmasıdır” şəklində cavab verib.