Nəvələrə baxan nənə və babalara   pul veriləcək
02 iyul 2024 18:12 (UTC +04:00)

Nəvələrə baxan nənə və babalara pul veriləcək

İsveçdə çox maraqlı yeni qanun qüvvəyə minib. 

Lent.az xəbər verir ki, yeni qanuna görə nənə və babalara  birinci ilinin üç ayına qədər nəvələrinə qulluq etmək üçün ödənişli məzuniyyət götürməyə icazə veriləcək. Qanun bununla da başa çatmır. 

Qanuna görə, valideynlər uşağa verilən baxım müavinətlərinin bir hissəsini uşağın nənə və babasına köçürə bilərlər.

Sosial sığorta sistemini idarə edən dövlət orqanı olan Sosial Sığorta Agentliyindən verilən məlumata görə, valideynlər maksimum 45 gün, tək ata isə 90 gün köçürə bilər.

İsveçdə dövlət müavinətləri hər uşağa 480 gün və ya təxminən 16 ay ödənilir. Bunun 390 gününün təzminatı şəxsin tam gəlirinə əsasən hesablanır, qalan 90 gün üçün isə insanlar hər gün 180 kron (17 dollar) sabit məbləğ alırlar.

İsveçdə valideynlər üçün başqa imtiyazlar da var - onlar uşaq 8 yaşına qədər, dövlət qulluqçuları isə uşaq 12 yaşı tamam olana qədər qısa saatlarda işləyə bilərlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13158
avatar

Sevinc Fərid

Oxşar yazılar