Azərbaycanlı güləşçi Avropa üçüncüsü  oldu
02 iyul 2024 22:36 (UTC +04:00)

Azərbaycanlı güləşçi Avropa üçüncüsü oldu

Serbiyanın Novi Sad şəhərində güləş üzrə 20 yaşlıların Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Lent.az-a verilən məlumata görə, ikinci yarış günündə yunan-Roma güləşində ilk medalçılar müəyyənləşib.

Rahim Həsənov (55 kiloqram) bürünc medal uğrunda görüşdə türkiyəli Servan Çinara müqavimət göstərə bilməyib – 0:8.

Əvəzində Məhəmməd Şükürzadə (63 kiloqram) medal hesabımızı açıb. Güləşçimiz serbiyalı Deyan Berkeçə 5:1 hesabı ilə qalib gələrək bürünc medalı boynundan asıb.

Davud Məmmədov (77 kiloqram) təsəlliverici görüşdə rusiyalı Qamzat Qadjiyevə (4:7), Məzaim Mərdanov (130 kiloqram) isə təsəlliverici görüşdə bolqarıstanlı Alan Cabiyevə (0:9) məğlub olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2604
avatar

Oxşar yazılar