FHN-in tədbiri
19 yanvar 2022 15:55 (UTC +04:00)

FHN-in tədbiri

FHN-in İdman-sağlamlıq klubunda "20 Yanvar"lə bağlı anım tədbiri keçirildi - FOTO

20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun akt zalında anım tədbiri keçirilib.

Lent.az xəbər verir ki, tədbirdə klubun rəisi polkovnik Füzuli Musayev, FHN Akademiyasının rəisi general-mayor Baba Salayev, millət vəkili Vüqar İskəndərov iştirak ediblər.

Əvvəlcə, 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Daha sonra qanlı Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib.

Sonra tədbirdə çıxış edən FHN İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev 1990-cı il 20 Yanvar hadisələrinə tarixi nəzər salıb. O, qeyd edib ki, xalqımızın yaddaşından heç zaman silinməyəcək qanlı 20 Yanvar faciəsi həm də Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Bu qanlı hadisələr nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr xalqın daha da mətinləşməsinə, dünya azərbaycanlılarının isə təşkilatlanmasına səbəb oldu.

F.Musayev qeyd edib ki, bu faciəyə məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə hüquqi-siyasi qiymət verildi, faciə ilə bağlı həqiqətlər ifşa olundu.

Heydər Əliyev siyasi kursunun mahir davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm addımlar atılıb və bu məsələ dövlət başçısının daim diqqət mərkəzindədir.

Daha sonra anım tədbirində çıxış edən Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Salayev, millət vəkili Vüqar İskəndərov, İdman-sağlamlıq klubunun hüquqşünası Həmdiyyə Məmmədov xalqımızın başına gətirilən bu qanlı faciə haqqında fikirlərini səsləndirərək, 20 yanvarda baş verənlərin eyni zamanda xalqımızın azadlıq uğrunda mübarizə tarixinə qızıl hərflərlə yazıldığını və şəhidlərimizin qəhrəmanlıq salnaməsinin heç zaman unudulmayacağını vurğulayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1653
avatar

Oxşar yazılar