FHN-dən uşaq təhlükəsizliyi ilə bağlı əhaliyə MÜRACİƏT  -  VİDEO
10 fevral 2021 12:13 (UTC +04:00)

FHN-dən uşaq təhlükəsizliyi ilə bağlı əhaliyə MÜRACİƏT - VİDEO

Uşaqların dünyanı kəşf etməyə, öyrənməyə marağı və əyləncə istəyi həm də onların ətrafdakı təhlükələrdən hələ ki, xəbərsiz olması ilə müşayiət olunur. 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumatda bidirilir ki, valideynin nəzarətindən kənar olan uşaqlar real təhlükələrlə üz-üzə qalır, bir sıra hallarda onların sağlamlığı və həyatı təhlükə altına düşür.

Bununla bağlı nazirlik valideyləri mənzillərdə balacaların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğunu, azyaşlıların küçədə, nəqliyyat vasitələrində, müxtəlif məkanlarda nəzarətdən kənar qalmasının arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq, uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırıb.

# 1236
avatar

Oxşar yazılar