Fətəli Abdullayevdən Ramiz Mehdiyevə CAVAB:  "Yaşını və vəzifəsini..."
24 noyabr 2021 14:35 (UTC +04:00)

Fətəli Abdullayevdən Ramiz Mehdiyevə CAVAB: "Yaşını və vəzifəsini..."

AMEA-nın İşlər İdarəsinin sabiq müdiri Fətəli Abdullayev akademik Ramiz Mehdiyevin ittihamlarına cavab verib.

F.Abdullayev Lent.az-a açıqlamasında R.Mehdiyevin iddialarına təəssüfləndiyini qeyd edib: “Çox saylı KİV nümayəndələrinin, məni istəyən və istəməyən yoldaşların zənglərini nəzərə alaraq bildirirəm ki, Azərbaycan Milli Elmlər Akademiyasının nüfuzuna xələl gətirəsi hər hansı bir məsələnin ictimaiyyiləşməsinin qəti əleyhinəyəm. Qaldı konkret şəxsimlə bağlı səsləndirilən fikirlərə görə isə yaşını və vəzifəsini nəzərə alaraq çox təəssüfləndiyimi bildirirəm. Onu da xatırlatmaq istərdim ki, mən artıq 2 ildir AMEA-da çalışmıram”. 

Qeyd edək ki, R.Mehdiyev AMEA-nın İşlər İdarəsinin sabiq müdiri Fətəli Abdullayevi ittiham edib. O, akademiyanın elmi-tədqiqat müəssisələrində son vaxtlar aparılan yoxlamalar zamanı aşkarlanan ciddi qanun pozuntularını, korrupsiya faktlarını və idarəetmədə hökm sürən hərc-mərcliyi kəskin tənqid edib və qarşıya çıxan problemlərin tezliklə həllinin vacibliyini vurğulayıb: “Yoxlamalar nəticəsində meydana çıxan acınacaqlı mənzərəyə AMEA-nın İşlər İdarəsinin sabiq müdiri Fətəli Abdullayev ciddi məsuliyyət daşıyır”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3642
avatar

Oxşar yazılar