
"57 yaşlı" yataqxananın sakinləri
“Evlərimiz hər an, hər dəqiqə uça bilər” - "57 yaşlı" yataqxananın sakinləri-FOTO

"Yaşadığımız bina çox bərbad vəziyyətdədir, hər an bədbəxt hadisə baş verə bilər ”.
Bu sözləri Lent.az-ın əməkdaşına Sumqayıt şəhərinin 2-ci mikrorayonunda yerləşən 13 nömrəli yataqxananın sakinləri deyiblər. 144 ailənin yaşadığı yataqxana artıq xeyli müddətdir ki, qəzalı binaların siyahısına salınıb. Buna baxmayaraq aidiyyatı qurumlar son həddə olan binaya bir əncam çəkmirlər: “Bina təmiri mümkün olmayan qəza vəziyyətindədir. Evlərimiz hər an, hər dəqiqə uça bilər”.
Sakinlər bildirir ki, mövcud vəziyyətlə bağlı Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəlib evlərin şəkillərini çəkiblər, qəzalı olduğunu qeyd ediblər: “Yataqxananın 50 ildən yuxarı ömrü var. Burada 30 il ilə yaşayan var, bir dəfə də olsun təmir olunmayıb”.
Yataqxana sakinləri köçürəcəkləri günü səbirsizliklə gözləyirlər... Bəs aidiyyatı qurumlar nə deyir?
Sumqayıt Mənzil Kommunal Təsərrüfatı istehsalat Birliyinin baş mühəndisi Rövşən Fərəcov bildirib ki, 2020-ci ildə sözügedən yataqxana binasında yaşayan sakinlər qeydiyyata alınıb və sənədlər müvafiq dövlət qurumlarına göndərilib: “Bütün sənədləşmələr tərtib olunaraq Maliyyə və İqtisadiyyat nazirliklərinə təqdim olunub. Həmin məsələlərin ləngiməsi dünyanın bürüyən pandemiya və ölkəmizdə olan müharibə şəraiti ilə bağlı ola bilər. Yəqin ki, müəyyən zaman fasiləsindən sonra məsələyə baxılar və verilmiş qərara uyğun olaraq müəyyən işlərə başlanılacaq”.
Qeyd edək ki, yataqxana 1964-cü ildən istismardadır.
Sumqayıt Kimya Zavodunun balansında olub və orada çalışanlara müvəqqəti yaşayış üçün verilib.
Ramil Zeynallı

Oxşar yazılar

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2021 , 00:01
Küləkli havada avtomobillərinizi bu yerlərdə saxlamayın - XƏBƏRDARLIQ
7 mart 2021 , 16:57
Yeni direktor Yaqub Mahmudovun otağını konfrans zalına çevirdi
7 mart 2021 , 16:30
İki şagird imtahandan qovuldu
7 mart 2021 , 16:18
Dövlət qulluqçusu olmaq istəyənlər üçün bu imtahanlar başa çatdı-NƏTİCƏLƏR
7 mart 2021 , 16:01
Azərbaycanda son sutkada koronavirusa yoluxma 400-ü ötdü
7 mart 2021 , 14:33
Faktiki hava belə olub
7 mart 2021 , 13:41
Azərbaycan Ordusunda COVID-19 qarşı peyvənd olunan hərbi qulluqçuların sayı açıqlandı
7 mart 2021 , 12:55