Evakuasiya fotosu
09 fevral 2022 18:40 (UTC +04:00)

Evakuasiya fotosu

Evakuatorlar yenidən qayıdır? - RƏSMİ CAVAB

Bakıda qanunsuz park edilən avtomobilləri evakuatorlar daşıyıb.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər paylaşılıb.

Görüntülərdə “28 Mall”un qarşısında taksi duracaqlarında, qanunla qadağan edilən yerlərdə saxlanılan maşınların yol polislərinin müşayiəti ilə evakuasiya edilməsi əks olunub.

Ancaq həmin avtomobillərin hansı qurum tərəfindən evakuasiya edilməsi dəqiq bilinmir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Lent.az-a həmin məsələnin araşdırılmalı olduğunu bildirib:

“Fotoda yol polislərinin olması o demək deyil ki, evakuasiyanı onlar aparır. Evakuasiya başqa qurumun səlahiyyətindədir. Hər halda o maşının yoldan kənarlaşdırılması zamanı hərəkətlə bağlı maneə yarana bilər. Yaxud səlahiyyətli digər qurumun qanunvericiliklə tələb olunan formada inzibati tənbeh tədbirinin görülməsi ola bilər. Başa düşürəm, bu fotoya ilk baxanda, başa düşmək olar ki, yəqin evakuasiyanı yol polisi icra edir. Amma bu qənaətə gəlmək olmaz. DYP yollarda təhlükəsizliyə nəzarət  edən, yol hərəkəti iştirakçılarının rahat və fasiləsiz hərəkətini təşkil edən səlahiyyətli şəxsdir. Ərazidə xidmət aparan əməkdaş görsə ki, yolda maşın qalıb, əlbəttə evakuator çağırıb onu hərəkət hissəsindən kənarlaşdırır. Yaxud belə hadisə olanda, biz aidiyyəti quruma məlumat veririk. Həmin qurumun evakuatoru da gəlir və qanun çərçivəsində avtomobili cərimə meydançasına aparır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5334
avatar

Mehman Nəbiyev

Oxşar yazılar