
Ət satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri tərəfindən Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən, fiziki şəxs Salahov Zaur Kaloğlan oğluna məxsus ət satışı mağazasına baxış keçirilib.
AQTA-dan Lent.az-a verilən məlumata görə, baxış zamanı mağazada tavanın tamlığının pozulduğu, ətlərin saxlanılması üçün temperatur rejiminə əməl olunmadığı, eyni zamanda baytarlıq-sanitariya və texniki normativ sənədlərin tələblərinə əməl olunmadığı müəyyən olunub. Məlum olub ki, mağazada sanitar qovşaq, mərkəzləşdirilmiş kanalizasiya və su təminatı sistemi mövcud deyil, havalandırma sistemi quraşdırılmayıb.
Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Ət satışı məntəqəsinin fəaliyyəti ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

Lamiyə Məmmədova
Oxşar yazılar

Xocalı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi
26 fevral 2021 , 17:01
Koronavirus statistikası: 180 sağalma, 219 yoluxma, 4 ölüm
26 fevral 2021 , 15:47
“Azərsun Holdinq” Xocalı faciəsini yad edib - FOTO
26 fevral 2021 , 14:45
5 dərəcə şaxta olacaq - SABAHIN PROQNOZU
26 fevral 2021 , 13:24
Yenidən qar yağacaq -XƏBƏRDARLIQ
26 fevral 2021 , 13:20
Xocalı günü doğuldu, şəhid oldu - ANIM
26 fevral 2021 , 11:29
Xocalı soyqırımından 29 il ötür
26 fevral 2021 , 00:04
Əsirlikdən xilas olan dualar... - Səbuhi Məmmədli Laçından yazır
25 fevral 2021 , 18:51