Əsl anasını 25 il sonra  efirdə tapdı - izləyicilər ŞOKDA
20 aprel 2024 15:20 (UTC +04:00)

Əsl anasını 25 il sonra efirdə tapdı - izləyicilər ŞOKDA

Türkiyənin ATVkanalında yayımlanan Esra Erol proqramına qatılan 26 yaşlı Uğur Yeşilçimen 5 il əvvəl vəfat etdiyi deyilən anasının əslində xalası olduğunu öyrənib. Esra Erol Uğuru əsl anası Banu ilə görüşdürülüb.

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, hələ 17 günlük olarkən Antalyada övladlığa götürülən 26 yaşlı Uğur Yeşilçimen bioloji ailəsini tapmaq üçün Esra Eroldan kömək istəyib. Uğuru övladlığa verən Hüseyn Dere verilişə qoşularaq “Uğurun anasının adı Burçindir” deyib. Onu tanıyan şəxs “Uğurun anası Burçin vəfat edib” deyib. Uğur göz yaşlarına boğulub. Ancaq “ölü” olduğu deyilən Burçinin gəncin bibisi olduğu və bioloji anasının sağ olduğu müəyyənləşib.

Esra Erol Uğuru əsl anası Banu ilə qovuşdurub. Studiyada xoşbəxtlik göz yaşları axıb. Banu həyat hekayəsini danışıb, izləyicilər şoka düşüb. Esra Erolun əlaqə saxladığı Banu ana istəmədiyi və onu qurban verən biri ilə evləndiyini, ərindən qaçmaq üçün ölən bacısının kimliyi ilə yaşadığını bildirib.

Saxta vəsiqədən istifadə etdiyi üçün həbsxanaya belə getdiyini bildirən Banu ana, “Çox əziyyət çəkdim. Uşağım üçün gəldim. Bütün günahlar Hüseyn Deredədir. Onun həyat yoldaşı övladıma baxıcı olub. Məni kazino sahibləri zorla girov kimi saxlamışdılar. Pulumu vermədilər. Uşaq baxıcısının pulunu verə bilmədim. İlk övladım dayədə idi. Hüseyn Dere kazinodan pul ala bilməyəndə uşağımı vermədi. Əsl adım Banudur. İllərdir bacım Burçinin pasportu ilə yaşadım. 1991-ci ildə cinsi təcavüzə uğradım. Mənə dəstək olmadılar. Bu azmış kimi, məni istəmədiyim adamla evləndirdilər. Saxta şəxsiyyət vəsiqəsindən istifadə etdim ki, kişi məni tapa bilməsin. İndiki ağlım olsaydı, uşaqlarıma baxardım. İndi oğlum Uğuru tapmışam, ilk övladım Musanı 5 yaşından bəri görməmişəm”.

“Mən də onunla yenidən qovuşmaq istəyirəm” deyən Uğur da qardaşını və əmisi oğlunu tapıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4296
avatar

Oxşar yazılar