Yenicə əsaslı təmirdən çıxmış Nəsimi rayonu Ceyhun Səlimov küçəsinin yan yolunun altından keçən elektrik xəttində qəza baş verib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a bununla bağlı bildirilib ki, bununla bağlı yolun hərəkət hissəsinin qazılması məcburiyyəti yaranıb:
"Hazırda aidiyyəti qurum tərəfindən qəza aradan qaldırılır".