Ermənistanda əsirlikdə olan daha bir hərbçimiz Vətənə qaytarıldı
09 fevral 2021 23:18 (UTC +04:00)

Ermənistanda əsirlikdə olan daha bir hərbçimiz Vətənə qaytarıldı

“Azərbaycan və Ermənistan arasında növbəti dəfə əsirlərin mübadiləsi həyata keçirilib”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı general-leytenant Rüstəm Muradov jurnalistlərə açıqlamasında bildirib.

R.Muradov əlavə edib ki, Rusiyanın Qarabağdakı sülhməramlılarına məxsus təyyarə ilə bir əsir Ermənistandan Bakıya, beş əsir isə Azərbaycandan İrəvana çatdırılıb.

# 4239
avatar

Oxşar yazılar