Erməni sosial şəbəkələrində guya Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ordumuzun bölmələri tərəfindən mülki yaşayış evinin atəşə tutulması barədə yayılan məlumat yalandır.
Lent.az-a bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, erməni tərəfin yaydığı sözügedən məlumat təxribat xarakteri daşıyır.