Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin saatı hərraca çıxarılıb.
Lent.az-ın məlumatına görə, Banişevskiyə bağışlanmış “Orient Special” saatı avito.ru saytında Yekatrina adlı şəxs tərəfindən satışa qoyulub. Yekatrinanın saytda yerləşdirdiyi məlumata görə, bu saat ərəb şeyxləri tərəfindən SSRİ yığmasının üzvlərinə bağışlanılıb və onun sifarişi ilə hazırlanıb. Saat mexanikidir və qiyməti 57 500 rubl (1250 azn) təşkil edir.