Bakıdakı yağış normanı keçdi - FAKTİKİ HAVA
08 sentyabr 2026 10:09 (UTC +04:00)

Bakıdakı yağış normanı keçdi - FAKTİKİ HAVA

0

Sentyabrın 8-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, sentyabrın 8-i saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.

Bakıda və Abşeron yarımadasında 30 mm-dək yağıntı qeydə alınıb ki, bu da aylıq normanın 133 %-ni təşkil edir.

Respublikanın rayonlarında düşən yağıntının miqdarı Xızıda 23, Astarada 18, Qobustanda 17, Ağdamda 14, Sabirabadda 10, Lənkəran, Şamaxıda 10, Xaltan, Tərtər, Lerikdə 9, Zərdabda 8, Lerik, Kürdəmirdə 7, Şirvanda 4, Yardımlıda 3, Qax (Sarıbaş), Xınalıq, Quba, Göyçayda 2, Cəbrayıl, Bərdə, Qusar, Qrız, Oğuz, Şəki (Kişçay), Biləsuvar, Naftalan, Balakən, Zaqatala, Gəncə, Goranboy, Daşkəsən, Göygöl, Yevlax, Ordubad, Beyləqan, İmişli, Şahdağ, Şabranda 1 mm-dək olub.

Müşahidə olunan küləkli hava şəraiti sentyabrın 8-i səhər saatlarından tədricən zəifləyərək 8-13 m/s-yə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar