Xəbərə video əlavə olunub.
***
11:25
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 14-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağıntılı olub, əksər rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv və güclü olub.
Lent.az xidmətə istinadən xəbər verir ki, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 23 mm (aylıq normanın 51%-i), Qəbələ, Ağdərədə (Ordubad) 13 mm, Kişçayda (Şəki) 11 mm, Naxçıvan, Gədəbəy, Ordubadda 10 mm, Sədərək, Qobustan, Zaqatala, Şahbuzda 9 mm, Balakən, Qrızda 8 mm, Daşkəsəndə 7 mm, Oğuz, Şəki, Quba, Astara, Oğuz, Xaltanda 6 mm, Bərdə, Göyçay, Hacıqabul, Altıağacda 5 mm, Şərurda 4 mm, Kürdəmir, Cəfərxan, Qusar, Göygöldə 3 mm, Sabirabad, Salyan, Biləsuvar, Şabran, Gədəbəydə 2 mm, Naftalan, Şəmkir, Xaçmaz, Tərtər, Zərdab, Lerikdə 1 mm-dək, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 11 mm (aylıq nomanın 44 %-i), Bakıda 8 mm (aylıq nomanın 34 %-i), Maştağada 5 mm (aylıq nomanın 18 %-i), Pirallahı, Binədə 3 mm təşkil edib.
Qar örtüyünün hündürlüyü Xınalıqda 22 sm, Sarıbaşda (Qax) 21 sm, Ağdərədə (Ordubad) 20 sm, Gədəbəydə 19 sm, Qrızda 15 sm, Xaltanda 12 sm, Daşkəsən, Naxçıvanda 10 sm, Altıağacda 8 sm, Şahbuzda 7 sm, Göygöldə 6 sm, Qusarda 4 sm, Quba, Qobustan, Kişçayda (Şəki) 3 sm, Qəbələ, Kəlvəzdə 1 sm olub.
Şimal-qərb küləyi bölgələrdə 28 m/s, Bakıda və Abşeron yarımadasında 27 m/s, Abşeron Dəniz rayonunda 25 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.2 metrə çatıb.