Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun RƏHBƏRLİYİ DƏYİŞDİ
13 yanvar 2023 10:11 (UTC +04:00)

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun RƏHBƏRLİYİ DƏYİŞDİ

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna (ETTBİ) direktor təyin edilib.

Qurumdan Lent.az-a verilən məlumata görə, Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, Sədaqət Qənbər qızı Hüseynova ETTBİ-nin direktor vəzifəsinə təyin olunub.

Səhiyyə nazirinin digər əmri ilə Rəhimə Ramiz qızı Məmmədova Elmi-Tədqiqat İnstitutunun direktorun müavini - baş həkim vəzifəsinə təyin olunub.

# 2100
avatar

Fidan İlqar

Oxşar yazılar