Əlilliyin təyini ilə bağlı daha bir  YENİLİK
01 iyun 2021 13:11 (UTC +04:00)

Əlilliyin təyini ilə bağlı daha bir YENİLİK

0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əlilliyi olan şəxslərin hüquqlarının daha dolğun təminatı məqsədilə  “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda dəyişiklik edilməsi barədə yeni qanun layihəsi hazırlayıb.

Qurumdan Lent.az-a verilən məlumata görə, layihə artıq Milli Məclisə təqdim edilib.

Layihədə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, ötürülmüş müddətin nəzərə alınması təklifi yer alıb.

Bu o deməkdir ki, əgər şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər müddətdə əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşəcək. Həmin müddət üçün də vətəndaşın sosial ödənişləri aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2155

Oxşar yazılar