Əlilliyə görə pensiya təyin edilərkən iş stajı necə hesablanır? – CAVAB 
24 yanvar 2024 16:56 (UTC +04:00)

Əlilliyə görə pensiya təyin edilərkən iş stajı necə hesablanır? – CAVAB 

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu əlilliyə görə pensyanın təyin edilməsi ilə bağlıdır.

Əlilliyə görə pensiyası təyin edilərkən iş stajı necə hesablanır? 

Lent.az xəbər verir ki, əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.

Orqanizmin funksiyalarının 61-80 və 31-60 faiz pozulmasına görə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18480
avatar

Fidan İlqar

Oxşar yazılar