Eldəniz Vəliyev və Ruslan Əliyev
27 iyul 2021 11:55 (UTC +04:00)

Eldəniz Vəliyev və Ruslan Əliyev

Eldəniz Vəliyevin təyinatı rəsmən TƏSDİQLƏNDİ - FOTO

"Bu gün “Azəriqaz” İstehsalat Birliyində yeni təyinat olub".

Lent.az məlumat verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bildirib.

O qeyd edib ki, uzun illər televiziyada fəaliyyət göstərmiş Eldeniz Veliyevə yeni vəzifə verib: "Eldəniz Vəliyevi imzaladığım əmrlə birliyin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin etdim. İnanıram ki, bu təyinat “Azəriqaz” İB-in ictimaiyyətlə əlaqələrinə bir qədər də təsir etmiş olacaq. İctimaiyyətə daim açıq olan “Azəriqaz” İstehsalat Birliyi bundan sonra da bu istiqamətdə öz fəaliyyətini davam etdirəcək və qurumla vətəndaş arasında birbaşa təmasın maksimum reallaşmasına çalışacaq.

İnanıram ki, bu günkü təyinat bizi hədəfimizə bir qədər də yaxınlaşdıracaq".

# 2238
avatar

Oxşar yazılar