Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu əmək pensiyasına keçid ilə bağlıdır.
Qulluq stajına görə əlavə alan şəxs (dövlət qulluğuna görə) ümumi əsaslarla əmək pensiyasına necə keçə bilər?
Lent.az xəbər verir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq, dövlət qulluqçusu kimi qulluq stajına görə əlavə hesablanmış pensiyanın məbləği ümumi əsaslarla hesablanmış pensiya məbləğindən az təşkil etdikdə şəxsə ümumi əsaslarla pensiya təyinatı həyata keçirilir.