Torpaq payından əldə olunan gəlirlər hesablanır? – CAVAB
14 oktyabr 2024 13:29 (UTC +04:00)

Torpaq payından əldə olunan gəlirlər hesablanır? – CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu məhkumların pensiya alması ilə bağlıdır.

Torpaq payından əldə olunan gəlirlər hesablanır? 

Lent.az xəbər verir ki, torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır.

Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir.

Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir. Həyətyanı torpaq sahəsindən əldə olunan gəlir hesablanarkən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş normalardan artıq sahələr nəzərə alınır.

Bu zaman normadan artıq sahədən əldə olunan gəlir ailənin torpaq payı olduqda həmin pay üzrə ən aşağı keyfiyyət qrupunun, torpaq payı olmadıqda isə müvafiq rayon üzrə torpağın ən aşağı keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin normadan artıq sahəyə vurulması yolu ilə hesablanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7460

Oxşar yazılar

Sabah yaz havası  hiss edəcəksiniz - PROQNOZ

Sabah yaz havası hiss edəcəksiniz - PROQNOZ

18 aprel 2025 , 12:20
Nuridə Allahyarova Yeni Klinikadan ayrıldı

Nuridə Allahyarova Yeni Klinikadan ayrıldı

18 aprel 2025 , 10:56
Bu gün Bakının 3 rayonunun qazı kəsiləcək

Bu gün Bakının 3 rayonunun qazı kəsiləcək

18 aprel 2025 , 09:31
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

18 aprel 2025 , 08:16
Tezliklə bütün problemlərə “əlvida” deyəcək  BÜRCLƏR

Tezliklə bütün problemlərə “əlvida” deyəcək BÜRCLƏR

18 aprel 2025 , 00:02
Ən uzun insanlar hansı ölkədə  yaşayır? - ARAŞDIRMA

Ən uzun insanlar hansı ölkədə yaşayır? - ARAŞDIRMA

17 aprel 2025 , 19:18
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

17 aprel 2025 , 16:46
Bu əşyaları hədiyyə  etməyin – Bədbəxtlik gətirir

Bu əşyaları hədiyyə etməyin – Bədbəxtlik gətirir

17 aprel 2025 , 16:32