Dünən "Qarabağ" UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda "Ayntraxt" üzərində 3:2 hesablı qələbə qazanıb. "Qarabağ"ın azarkeşi, hazırda uşaq sığınacağında qalan Əkbərin futbolu izləyərkən sevincindən yoldaşlarını qucaqladığı video sosial şəbəkələrdə yayılıb.
Lent.az xəbər verir ki, həmin görüntülər Mehriban Qadın Uşaq Sığınacağının feysbuk hesabında paylaşılıb.
Videoda uşaqların "Qarabağ"ın qalibiyyətinə necə sevindikləri görülür.
"Əkbər sevincindən bütün sığınacağı oyatdı", - paylaşımın rəyində bildirilib.