Koronavirus əleyhinə peyvənd hazırlayaraq tarix yazan türk əsilli alimlər Fransanın “Les Echos” saytına açıqlama verib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, “BioNTech” şirkətinin qurucuları olan Özlem Türeci və Uğur Şahin yeni növ variantlara qarşı təsiredici gücə malik olan peyvəndi 100 gün içərisində tapacaqlarını bildiriblər.
Bununla bağlı qeyd ediblər ki, hazırda qurduqları sistemlə bunun mümkün olduğunu vurğulayıblar:
“Əgər həqiqətən də ehtiyac olarsa, bunu edə bilərik”.
Uğur Şahin həmçinin əlavə edib ki, hazırladıqları digər koronavirus əleyhinə peyvəndin bir növünün də avqust ayında sınaqlarına başlanılacaq.