Dünyanın ən yaxşı və ən pis pensiya sistemləri –  SİYAHI
21 oktyabr 2021 08:26 (UTC +04:00)

Dünyanın ən yaxşı və ən pis pensiya sistemləri – SİYAHI

İslandiya dünyanın ən yaxşı pensiya sisteminə malik ölkədir. 

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, bu ölkə “Mercer CFA Institute”nin qlobal pensiya indeksində birinci yeri tutub.
Niderland və Danimarka müvafiq olaraq ikinci və üçüncü yerdədir. 

Araşdırmada qeyd olunur ki, əmək haqqının artımının yavaşlaması, tarixən aşağı faiz dərəcələri və bir çox fəal siniflərin aşağı gəlirliliyi pensiya sistemlərinə əlavə maliyyə təzyiqi yaradır.

Dünyanın ən pis pensiya sistemləri də açıqlanıb. 43 ölkə arasında Tailand birinci yeri tutub. Argentina və Filippin ikinci və üçüncü yerdədir. Bu ölkənin sistemlərində "həll edilməli olan ciddi çatışmazlıqlar" var.

Böyük Britaniya siyahıda 9-cu, Çin 28-cidir. Bu ölkələrdə pensiya islahatı nəticəsində keçən ilə nisbətən ən əhəmiyyətli yaxşılaşma əldə edilib.

ABŞ 19-cudur. Əgər minimum pensiya artırılsaydı, bu ölkə reytinqdə daha yaxşı yer tuta bilərdi. 

Niderland ötən il bu reytinqə görə birinci olub. O vaxt autsayderlər Argenrtina və Tailand idi. 

# 4875
avatar

Oxşar yazılar