Dünyanın  ən xoşbəxt   ölkələri - SİYAHI
20 mart 2023 19:59 (UTC +04:00)

Dünyanın ən xoşbəxt ölkələri - SİYAHI

Finlandiya ardıcıl altıncı ildir ki, dünyanın ən xoşbəxt ölkəsi seçilib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, belə qiymətləndirmə BMT-nin sifarişi ilə ekspertlər qrupunun hazırladığı illik Dünya Xoşbəxtlik Hesabatında yer alıb.

Finlandiya təqibçilərdən əhəmiyyətli fərqlə yenə birinci yeri tutub. Ən xoşbəxt üç ölkə dəyişməz qalıb, sonrakı yerlərdə Danimarka və İslandiya qərarlaşıb. İlk onluq arasında ən böyük artımı İsrail göstərib - doqquzuncu yerdən dördüncü yerə yüksəlib. Liderlər siyahısında  Hollandiya, İsveç, Norveç, İsveçrə, Lüksemburq və Yeni Zelandiya da var.

Keçmiş SSRİ respublikaları arasında Rusiya 80-cı yerdən 70-ci yerə yüksəlib. Litva 20-ci yedədir. Ardınca Estoniya (31-ci yer), Latviya (41-ci yer), Kazaxıstan (44-cü yer), Özbəkistan (54-cü yer), Qırğızıstan (52-ci yer), Ermənistan (79-cu yer), Tacikistan (80-ci yer), Gürcüstan (90-cı yer), Ukrayna (92-ci yer) gəlir.

ABŞ 15-cidir, Almaniya 16-cı, Böyük Britaniya 19-cudur, Fransa ilk onluqdan çıxıb, 21-cidir. 

Sonuncu yerlərdə Əfqanıstan və Livandır. Müvafiq olaraq 137 və 136-cı sıradadırlar. 

Dünya Xoşbəxtlik Hesabatı 2012-ci ildən bəri hər il dərc olunur. Tədqiqatçılar onu tərtib edərkən adambaşına düşən ümumi daxili məhsul, sosial dəstəyin səviyyəsi, gözlənilən ömür uzunluğu, vətəndaş azadlıqlarına hörmət, iş təhlükəsizliyi, korrupsiyanın səviyyəsi kimi göstəriciləri, habelə ictimai rəy sorğularının nəticələrini nəzərə alırlar. Bu, üç il ərzində toplanmış orta göstəricilərə əsaslanır.


 

# 2742
avatar

Oxşar yazılar

Sabah hava belə olacaq

Sabah hava belə olacaq

28 may 2023 , 13:58
AMEA-da institutun strukturu dəyişdi Direktor işdən çıxdı

AMEA-da institutun strukturu dəyişdi Direktor işdən çıxdı

28 may 2023 , 13:19
Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

28 may 2023 , 09:45
Yağışlı havalar nə vaxtadək davam edəcək?

Yağışlı havalar nə vaxtadək davam edəcək?

27 may 2023 , 17:39
Bəzi rayonlara leysan yağışları yağıb -  FAKTİKİ HAVA

Bəzi rayonlara leysan yağışları yağıb - FAKTİKİ HAVA

27 may 2023 , 17:31
“Xalq Bankın” “Xalq Əmanəti” layihəsi davam edir - VİDEO

“Xalq Bankın” “Xalq Əmanəti” layihəsi davam edir - VİDEO

27 may 2023 , 14:26
Ən qidalı qatıqlar  bunlardır - ARAŞDIRMA

Ən qidalı qatıqlar bunlardır - ARAŞDIRMA

27 may 2023 , 13:49
Sabah 35 dərəcə  isti olacaq

Sabah 35 dərəcə isti olacaq

27 may 2023 , 12:37