Dünyada bu gün-VİDEO
05 yanvar 2021 09:12 (UTC +04:00)

Dünyada bu gün-VİDEO

1. ƏHMƏD BƏDƏLBƏYLİ

 

(1884-1954)

 

Opera artisti, əməkdar incəsənət xadimi, Əhməd Ağdamski kimi tanınan Əhməd Bəşir oğlu Bədəlbəylinin anadan olmasının 125-ci ildönümüdür. O, 1884-cü ildə yanvar ayının 5-də Ağdam şəhərində doğulub. Kiçik yaşlarından xalq mərasim tamaşalarında iştirak edib. Səhnə fəaliyyətinə 1910-cu ildə «Nicat» xeyriyyə cəmiyyətinin truppasında başlayıb. Ötən əsrin əvvəllərində qadın artistlərin yoxluğu ucbatından 1920-ci ilədək Azərbaycan opera və musiqili komediyalarında əsasən qadın rollarını ifa edib. Dram tamaşalarında da çıxış edib. 1921-ci ildən ömrünün sonuna kimi pedaqoji fəaliyyət göstərib. Əhməd Ağdamski aprelin 1-i 1954-ci ildə Ağdaşda vəfat edib.

 

2. ƏLFİ QASIMOV

 

(1927-1985)

 

Azərbaycan yazıçısı, publisist, tərcüməçi, 1956-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü Əlfi Qasımov 1927-ci il 5 yanvarda Ağdam rayonunun Poladlı kəndində doğulub. Şelli-Qaradağlı kəndinin yeddiillik məktəbini bitirdikdən sonra Ağdam Pedaqoji Texnikumunda təhsil alıb. Oranı bitirdikdən sonra Ağcabədi rayonunda Xocavənd və Boyad kənd məktəblərində müəllim işləyib. Sonra Ağdamda ikiilik Müəllimlər İnstitutunda təhsilini davam etdirib. 1946-cı ildə ADU-nun jurnalistika fakültəsinə daxil olub, 1951-ci ildə universiteti bitirdikdən sonra "Azərbaycan müəllimi" qəzetində xüsusi müxbir, şöbə müdiri və redaktor müavini vəzifələrində işləyib. O, Azərbaycan Dövlət Televiziyasında “Kitablar aləmi” verilişinin aparıcısı olub.1985-ci il martın 10-da Bakıda ürək çatışmazlığından qəflətən dünyasını dəyişib.

 

3. ZÜLFÜQAR ƏLİ BHUTTO

 

(1928-1979)

 

Pakistanının dövlət xadimi, 10-cu baş naziri və 4-cü prezidenti Zülfüqar Əli Bhutto 1928-ci il yanvarın bu günündə Britaniya Hindistanının Larkana şəhərində anadan olub. Pakistan siyasətçisi Şah Navaz Bhuttonun oğludur. Hindistanda, ABŞ-da və Böyük Britaniyada təhsil alıb. O, 1947-ci ildə ABŞ-ın Cənubi Kaliforniya ştatında universitetə daxil olub. 1953-1955-ci illərdə müəllim və vəkil işləyib. O, 1963-cü ildə Pakistanın xarici işlər naziri olub. 1967-ci ildə müxalifət mövqeyini tutan "Pakistan Xalq Partiyası"nın əsasını qoyub və onun rəhbəri olub. Siyasi qətldə əli olmasında təqsirli bilinərək Zülfüqar Əli Bhutto 1979-cu ilin aprelində edam edilib.

 

4. KÜBRA ƏLİYEVA

 

(1950)

 

Azərbaycan teatr və kino aktrisası Əliyeva Kubrabəyim Ağa qızı 5 yanvar 1950 –ci ildə Gəncə şəhərində anadan olub. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni – maarif fakültəsini bitirib. O, 1991-ci ildən Akademik Milli Dram Teatrının aktrisasıdır. Kubrabəyim Əliyeva 2000-ci ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülüb. 2006-cı ildən Prezident təqaüdçüsüdür.

 

5. ELGİZ KƏRİMOV

 

(1971-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Elgiz Kərimov 5 yanvar 1971-ci ildə Bərdə rayonunda anadan olub. 1987-ci ildə orta təhsilini başa vurub, elə həmin il hərbi xidmətə çağırılıb. Erməni işğalçılarının Vətənimizə hücumu ilə barışa bilməyən Kərimov 1991-ci ildə könüllü özünümüdafiə batalyonlarından birinə yazılaraq Vətəninin müdafiəsinə qalxıb. İştirak etdiyi bütün döyüşlərdə böyük rəşadət göstərən qəhrəman 1992-ci il 12 martda mühasirəyə düşmüş döyüşçü yoldaşlarını xilas etmək üçün Xocalı rayonunun Naxçıvanlı kəndinə gəlib və 21 yaşlı cəsur döyüşçümüz canından əziz tutduğu torpağı uğrunda qəhrəmancasına həlak olub. Ölümündən üç ay sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.

 

6. ŞİRİN MİRZƏYEV

 

(1947-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Qarabağ müharibəsi şəhidi Əslən Şuşanın Mirzələr kəndindən olan Şirin Vəli oğlu Mirzəyev 1947-ci il yanvar ayının bu günündə Xankəndində doğulub. Nizami adına beynəlmiləl orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb. Bir müddət Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmət etdikdən sonra 1967-ci ildə Leninqrad şəhərindəki Ali Siyasi Hərbi məktəbə qəbul olmuş və 1971-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurub təyinatla İrəvana göndərilib. Beş il orada xidmət etdikdən sonra isə Bakıya qayıtmışdır.1988-ci ildə Hərbi Siyasi Aakdemiyada təhsil alaraq, Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçib. 1992-ci il mart ayının 28-də Şirin Mirzəyevin və onun tərəfdarlarının səyi nəticəsində respublikada 1-ci olan tabor yaradılıb və ürəyi Vətən sevgisilə çırpınan podpolkovnik Şirin Vəli oğlu Mirzəyev Ağdam rayon ərazi özünümüdafiə taborunun komandiri seçilib. O ,18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində aparılan döyüş əməliyyat

1. ƏHMƏD BƏDƏLBƏYLİ

 

(1884-1954)

 

Opera artisti, əməkdar incəsənət xadimi, Əhməd Ağdamski kimi tanınan Əhməd Bəşir oğlu Bədəlbəylinin anadan olmasının 125-ci ildönümüdür. O, 1884-cü ildə yanvar ayının 5-də Ağdam şəhərində doğulub. Kiçik yaşlarından xalq mərasim tamaşalarında iştirak edib. Səhnə fəaliyyətinə 1910-cu ildə «Nicat» xeyriyyə cəmiyyətinin truppasında başlayıb. Ötən əsrin əvvəllərində qadın artistlərin yoxluğu ucbatından 1920-ci ilədək Azərbaycan opera və musiqili komediyalarında əsasən qadın rollarını ifa edib. Dram tamaşalarında da çıxış edib. 1921-ci ildən ömrünün sonuna kimi pedaqoji fəaliyyət göstərib. Əhməd Ağdamski aprelin 1-i 1954-ci ildə Ağdaşda vəfat edib.

 

2. ƏLFİ QASIMOV

 

(1927-1985)

 

Azərbaycan yazıçısı, publisist, tərcüməçi, 1956-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü Əlfi Qasımov 1927-ci il 5 yanvarda Ağdam rayonunun Poladlı kəndində doğulub. Şelli-Qaradağlı kəndinin yeddiillik məktəbini bitirdikdən sonra Ağdam Pedaqoji Texnikumunda təhsil alıb. Oranı bitirdikdən sonra Ağcabədi rayonunda Xocavənd və Boyad kənd məktəblərində müəllim işləyib. Sonra Ağdamda ikiilik Müəllimlər İnstitutunda təhsilini davam etdirib. 1946-cı ildə ADU-nun jurnalistika fakültəsinə daxil olub, 1951-ci ildə universiteti bitirdikdən sonra "Azərbaycan müəllimi" qəzetində xüsusi müxbir, şöbə müdiri və redaktor müavini vəzifələrində işləyib. O, Azərbaycan Dövlət Televiziyasında “Kitablar aləmi” verilişinin aparıcısı olub.1985-ci il martın 10-da Bakıda ürək çatışmazlığından qəflətən dünyasını dəyişib.

 

3. ZÜLFÜQAR ƏLİ BHUTTO

 

(1928-1979)

 

Pakistanının dövlət xadimi, 10-cu baş naziri və 4-cü prezidenti Zülfüqar Əli Bhutto 1928-ci il yanvarın bu günündə Britaniya Hindistanının Larkana şəhərində anadan olub. Pakistan siyasətçisi Şah Navaz Bhuttonun oğludur. Hindistanda, ABŞ-da və Böyük Britaniyada təhsil alıb. O, 1947-ci ildə ABŞ-ın Cənubi Kaliforniya ştatında universitetə daxil olub. 1953-1955-ci illərdə müəllim və vəkil işləyib. O, 1963-cü ildə Pakistanın xarici işlər naziri olub. 1967-ci ildə müxalifət mövqeyini tutan "Pakistan Xalq Partiyası"nın əsasını qoyub və onun rəhbəri olub. Siyasi qətldə əli olmasında təqsirli bilinərək Zülfüqar Əli Bhutto 1979-cu ilin aprelində edam edilib.

 

4. KÜBRA ƏLİYEVA

 

(1950)

 

Azərbaycan teatr və kino aktrisası Əliyeva Kubrabəyim Ağa qızı 5 yanvar 1950 –ci ildə Gəncə şəhərində anadan olub. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni – maarif fakültəsini bitirib. O, 1991-ci ildən Akademik Milli Dram Teatrının aktrisasıdır. Kubrabəyim Əliyeva 2000-ci ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülüb. 2006-cı ildən Prezident təqaüdçüsüdür.

 

5. ELGİZ KƏRİMOV

 

(1971-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Elgiz Kərimov 5 yanvar 1971-ci ildə Bərdə rayonunda anadan olub. 1987-ci ildə orta təhsilini başa vurub, elə həmin il hərbi xidmətə çağırılıb. Erməni işğalçılarının Vətənimizə hücumu ilə barışa bilməyən Kərimov 1991-ci ildə könüllü özünümüdafiə batalyonlarından birinə yazılaraq Vətəninin müdafiəsinə qalxıb. İştirak etdiyi bütün döyüşlərdə böyük rəşadət göstərən qəhrəman 1992-ci il 12 martda mühasirəyə düşmüş döyüşçü yoldaşlarını xilas etmək üçün Xocalı rayonunun Naxçıvanlı kəndinə gəlib və 21 yaşlı cəsur döyüşçümüz canından əziz tutduğu torpağı uğrunda qəhrəmancasına həlak olub. Ölümündən üç ay sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.

 

6. ŞİRİN MİRZƏYEV

 

(1947-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Qarabağ müharibəsi şəhidi Əslən Şuşanın Mirzələr kəndindən olan Şirin Vəli oğlu Mirzəyev 1947-ci il yanvar ayının bu günündə Xankəndində doğulub. Nizami adına beynəlmiləl orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb. Bir müddət Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmət etdikdən sonra 1967-ci ildə Leninqrad şəhərindəki Ali Siyasi Hərbi məktəbə qəbul olmuş və 1971-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurub təyinatla İrəvana göndərilib. Beş il orada xidmət etdikdən sonra isə Bakıya qayıtmışdır.1988-ci ildə Hərbi Siyasi Aakdemiyada təhsil alaraq, Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçib. 1992-ci il mart ayının 28-də Şirin Mirzəyevin və onun tərəfdarlarının səyi nəticəsində respublikada 1-ci olan tabor yaradılıb və ürəyi Vətən sevgisilə çırpınan podpolkovnik Şirin Vəli oğlu Mirzəyev Ağdam rayon ərazi özünümüdafiə taborunun komandiri seçilib. O ,18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı minaya düşərək həlak olub. Ölümündən sonra 1994-cü ildə "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1650
avatar

Oxşar yazılar