Dövlətin verdiyi evlərdə yaşamayan köçkün ailələrin SAYI AÇIQLANDI
14 aprel 2022 11:45 (UTC +04:00)

Dövlətin verdiyi evlərdə yaşamayan köçkün ailələrin SAYI AÇIQLANDI

“Mənzillərində yaşamayan məcburi köçkünlərlə bağlı monitorinqlər davam edir”.

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın təqdimat mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

O qeyd edib ki, məcburi köçkünlər uzun illərdir yataqxanalarda yaşayır: “Məcburi köçkünlərin hər biri mənim üçün əzizdir. Amma elə hallar olur ki, onların özlərinin mənzilləri olur və bu mənzillər onların öz adlarına olmur. Amma yataqxanada yaşayırlar. Həmin yataqxanada yaşayanlar bir müddət sonra şəhərciklərə köçürülür. Biz görürük ki, onlar həmin şəhərcikdəki evində yaşamır. Bunu necə müəyyən edirik? Görürük ki, sayğaclarda heç nə işləmir. Biz bu zaman məhkəmələrə müraciət edirik. Məhkəmələrdə 500 belə iş var. Bu çox aşkar və şəffaf prosesdir. Dövlət Komitəsində xüsusi bir komissiya yaradılıb və komissiya tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq bu proseslər həyata keçirilir. Bu hallar həm Bakıda, həm də rayonlarda olan qəsəbələrdə var”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3849
avatar

Oxşar yazılar