Dövlət orqanları əməkdaşlarından 2 doza peyvənd TƏLƏB OLUNACAQ  - Bu tarixdən...
11 dekabr 2021 11:30 (UTC +04:00)

Dövlət orqanları əməkdaşlarından 2 doza peyvənd TƏLƏB OLUNACAQ - Bu tarixdən...

2022-ci il fevralın 1-dən etibarən dövlət orqanlarının (qurumlarının) bütün əməkdaşlarının COVID-19-a qarşı ən azı iki doza peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb olunacaq.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, 2022-ci il fevralın 1-dən etibarən dövlət orqanlarının (qurumlarının) bütün əməkdaşlarının, mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq), habelə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarının əlavəsində nəzərdə tutulan iş və xidmət sahələrinin bütün işçilərinin COVID-19-a qarşı ən azı 2 doza peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1980
avatar

Aytəkin Cəlali

Oxşar yazılar