“Dövlət Nəzarəti İnformasiya Sistemi” yaradıldı
30 yanvar 2021 16:01 (UTC +04:00)

“Dövlət Nəzarəti İnformasiya Sistemi” yaradıldı

0

Prezident İlham Əliyev “Dövlət Nəzarəti İnformasiya Sistemi”nin yaradılması haqqında fərman imzalayıb.

APA xəbər verir ki, fərmana əsasən, “Dövlət Nəzarəti İnformasiya Sisteminin iş Qaydası” təsdiq edilib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:

Dövlət Nəzarəti İnformasiya Sisteminin fəaliyyətini təmin etməli;

yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün əsas səmərəlilik göstəricilərini müəyyən etsin və qiymətləndirməni aparmalı;  Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Dövlət Nəzarəti İnformasiya Sisteminin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2750

Oxşar yazılar