Dövlət hesabına xaricdə oxuyan şəxslər ölkəyə qayıdacaq? - NAZİR CAVABLADI
01 oktyabr 2021 14:31 (UTC +04:00)

Dövlət hesabına xaricdə oxuyan şəxslər ölkəyə qayıdacaq? - NAZİR CAVABLADI

"Yeni proqram hazırlananda xaricə oxumaq üçün gedən şəxslərin geri qayıtması ilə bağlı məsələlər də nəzərə alınacaq”.

Lent.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” imzaladığı sərəncamla bağlı keçirdiyi brifinqdə deyib. O bildirib ki, bu gənclər lotoreyada uduş qazanan şəxslər deyil: 

"Əvvəlki dövlət proqramı vasitəsilə təhsil alan tələbələrin əksəriyyəti ölkəyə qayıdaraq burada işləyiblər. Azərbaycan vətəndaşları üçün belə imkan yaradırsa, həmin şəxslərin ölkənin inkişafına töhfə verməlidirlər".

# 2832
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar