Doqquz aktiv koronavirus xəstəsi SAXLANILDI
21 aprel 2021 09:58 (UTC +04:00)

Doqquz aktiv koronavirus xəstəsi SAXLANILDI

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Lent.az xəbər verir ki, Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 20-də respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik.

# 1539
avatar

Nigar Adil

Oxşar yazılar