Azərbaycanda avtomobil yollarında vəziyyət açıqlanıb.
Yanvarın 2-də ölkə ərazisində arabir duman ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsi 200-700 m-dək məhdudlaşacağı gözlənilir.
Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Gecə saatlarında dağlıq rayonlarda şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yolların buz bağlayacağı ehtimalı var.