DİQQƏT!: Hava limanı istiqamətində hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
26 mart 2021 19:27 (UTC +04:00)

DİQQƏT!: Hava limanı istiqamətində hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ

Martın 27-dən hava limanı yolu üzərində yerləşən Sabunçu yol qovşağının Zabrat qəsəbəsi istiqamətində düşən hissəsində təmir işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, bu üzdən sözügedən yol ötürücüsü üzərində hərəkət təmir aparılan zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşaraq qeyd edilən ərazidə hərəkətdə olarkən yol hərəkəti qaydalarına və müvəqqəti quraşdırılmış yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunub.

# 2628
avatar

Oxşar yazılar