Dəyişkən havalarda səhhətimizə necə diqqət edək? – Həkim məsləhəti
17 may 2023 09:49 (UTC +04:00)

Dəyişkən havalarda səhhətimizə necə diqqət edək? – Həkim məsləhəti

Son günlərdə havanın anidən dəyişməsi, gah isti, gah soyuq keçməsi bəzi insanların səhhətinə mənfi təsir göstərir.

Lent.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin həkim-terapevti Könül Bənənyarskaya danışıb.

Onun sözlərinə görə, havanın kəskin dəyişməsi sağlam olan insanlara neqativ təsir göstərmir. Lakin müəyyən qrup insanlar var ki, onlarda narahatlıqlar yarada bilir:

“Müəyyən qrup dedikdə buraya uşaqlar, hamilə qadınlar, yaşlı və xroniki xəstəliyi olan insanlar aiddir. Havanın soyuqdan istiyə keçməsi zamanı insanlar birdən-birə yaz geyiminə keçir, hava qəfil soyuduqda isə onlar isti geyimdən istifadə etmirlər. Bu da onların sağlamlığına mənfi təsir göstərir. Öskürək, boğaz qıcıqlanması, nəfəsalmanın çətinləşməsi kimi hallar ortaya çıxır. Havaların dəyişkən keçməsinə adekvat olaraq bu cür insanların geyimlərinə və hava şəraitinə uyğun davranışlarına diqqət yetirmələri məsləhət görülür”.

Həkim bildirir ki, ürək-damar sistemi, bronxial astma xəstəliyindən əziyyət çəkən insanlar da havanın kəskin dəyişməsi zamanı özlərini mütləq qorumalıdırlar:

“Çünki insanların bir çoxu oturaq həyat tərzi keçirir, uzun müddət kompüter qarşısında olur, bu da ürək-qan damar sisteminə mənfi təsir göstərir. Havanın qəfil dəyişməsi bəzi insanlarda stres yaradır. Bu stres ürək əzələsində olan qan dövranının pozulmasına gətirib çıxarır. Hava dəyişməsi zamanı insanlarda virus infeksiyaları və soyuqdəymə xəstəliklərinin də artması özünü göstərə bilir. Bronxial astma xəstəliyi, allergiyası olan insanlarda hava dəyişkənlikləri bir sıra narahatlıqlara səbəb olur. Məsələn, allergik katarakta, allergik rinit kimi xəstəliklər baş qaldırır. Bu cür hava şəraiti emosional insanlara da pis təsir edir, onlarda depressiya hallarının əmələ gəlməsi özünü göstərir. Belə hallarda emosional vəziyyəti stabil saxlamaq məsləhətdir”.

Könül Bənənyarskaya belə hava şəraitində insanların geyimlərinə xüsusi diqqət yetirməli olduqlarını məsləhət görür:

“Bir həkim kimi məsləhətimiz budur ki, dəyişkən hava şəraitində insanlar ilk növbədə öz geyimlərinə, qida rasionlarına diqqət etsinlər. Həmçinin çox tərləmədən qorunmalıdırlar. Bu daha çox uşaqlara aiddir, çünki mövsümi hava dəyişkənlikləri ilə əlaqədar uşaqlarda qrip, soyuqdəymə infeksiyaları artır”.

# 2037
avatar

Fidan İlqar

Oxşar yazılar

 Leysan, dolu, sulu qar   - Sabahın HAVASI

Leysan, dolu, sulu qar - Sabahın HAVASI

3 may 2024 , 12:27
Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

3 may 2024 , 11:16
İçərişəhərə GİRİŞ BAĞLANIR

İçərişəhərə GİRİŞ BAĞLANIR

3 may 2024 , 11:05
Sertifikasiya imtahanlarının VAXTI AÇIQLANDI

Sertifikasiya imtahanlarının VAXTI AÇIQLANDI

3 may 2024 , 10:55
Bakıda taksi qiymətləri bahalaşıb? – ARAŞDIRMA

Bakıda taksi qiymətləri bahalaşıb? – ARAŞDIRMA

3 may 2024 , 10:52
Bakının bu rayonlarında QAZ KƏSİLƏCƏK

Bakının bu rayonlarında QAZ KƏSİLƏCƏK

3 may 2024 , 09:31
Bakıda sıxlıq azalacaq - yeni yol çəkilir

Bakıda sıxlıq azalacaq - yeni yol çəkilir

2 may 2024 , 17:36
Külək daha da  güclənəcək,   intensiv  yağış yağacaq   - XƏBƏRDARLIQ

Külək daha da güclənəcək, intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

2 may 2024 , 16:27