"Ağızla qəbul edilən dərman vasitələri su ilə qəbul edilməlidir".
Lent.az-ın məlumatına görə, bu sözləri TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev deyib. O bildirib ki, dərmanları çox soyuq, ya da çox isti su ilə qəbul etmək düzgün deyil:
"Belə dərmanları otaq temperaturunda bol su ilə qəbul etmək lazımdır. Dərmanları meyvə şirələri ilə qəbul etmək olmaz, çünki reaksiyaya girə bilərlər. Bəzi insanlar dərmanları çay və ya südlə qəbul edirlər, bu da arzuedilməzdir. Süd ilə antibiotik vasitələri qəbul etmək olmaz. Spirtli içkilərlə dərman vasitələrini qəbul etmək ümumiyyətlə, yolverilməzdir, ciddi təhlükə yaradır”.
E. Quliyev qeyd edib ki, su ilə dərman daha yaxşı sovrulur:
"Buna görə də dərmanı su ilə qəbul etmək vacibdir".