Dəniz suyunun hansı xəstələrə faydası var? - CAVAB
10 avqust 2022 19:35 (UTC +04:00)

Dəniz suyunun hansı xəstələrə faydası var? - CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzu dəniz suyu ilə bağlıdır. 

İndi yay fəslidir və insanlar daha çox dənizə üz tuturlar. 

Bəs, dəniz suyunun insanlara hansı faydaları var?

Lent.az xəbər verir ki, rusiyalı həkim Yelena Malışeva  duzlu dəniz suyunun bədən yaralarını tez sağaltdığını bildirib:

"Dəniz yosunları özündən qazabənzər yod sintez edir. Ona görə dənizdə çimmək gündəlik yod mikroelementini təmin edir.Yod bir çox sistemlər, qalxanvarivəz üçün vacibdir. Dənizdə olan duz suda olan bakteriyaları sürətlə sovurub zərərsizləşdirir. Dənizdə olmaq ağrılı, xəstə oynaqlar üçün də faydalıdır. Suda olmaq oynaqlara təzyiq yaratmır. Üzmək sümük-əzələ sistemini möhkəmlədir, osteartritin yaranmasının qarşısını alır, qan dövranını yaxşılaşdırır. Dəniz havası və suyu yata bilməyənlərə də çarədir. Sinir sistemini sakitləşdirir. Ona görə uşaqları da dənizə aparın".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3207
avatar

Aytəkin Cəlali

Oxşar yazılar